Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

fonika

yun. phonikos > phone – səs

Bədii nitqin səs strukturu; poetikanın bu strukturu öyrənən sahəsi.

F., ilk növbədə, poeziya ilə, xüsusilə vəzn, qafiyə anlayışları ilə bağlıdır. Bundan əlavə, şeirdə fonetik təkrirlər və bir sıra üslubi fiqurlar da F.-nın araşdırma obyektidir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti