yun. photos – işıq + yun. gramma – yazı, təsvir + yun. metreo – ölçürəm
Obyektlərin formasını, ölçülərini, vəziyyətini onların şəkilləri əsasında öyrənən elmi-texniki sahə.
F.-nın bir şöbəsi fotoşəkillərin təhlili əsasında xəritə və planların tərtibi ilə, digər şöbəsi (tətbiqi F.) tikinti, arxeologiya, kriminalistika və s.-də praktik məsələlərin həlli ilə məşğul olur. Fotoşəkillərdən topoqrafik xəritələrin yaradılması üçün istifadə etmək təklifini ilk dəfə XIX əsrin ortalarında fransız geodezisti Dominik Araqo irəli sürüb.
Coğrafiya terminləri lüğəti