1. Göl-bataqlıq tipli su hövzələrində kalsium-karbonatın çökməsi nəticəsində əmələ gələn kövrək, tozvarı kütlə.
Gilli növləri şirinsu, göl, çəmən mergeli adlanır. Əhəng yandırılmasında və sement istehsalında işlədilir.
2. Azərbaycanda və Orta Asiyada gips, gil və qumdan ibarət kövrək süxur; torpaqlı gips.
Xüsusi quyularda (kürələrdə) yandırıldıqdan sonra suvaq və hörgü materialı kimi istifadə edilir.
Coğrafiya terminləri lüğəti