Reklam
Reklam

Tarix terminləri lüğəti

“Gənc türklər”

türk. Jön Türkler < jön – istiqamət, yön, tərəf

XIX əsrin II yarısında Osmanlı dövlətində formalaşmış, ölkədə liberal islahatların həyata keçirilməsi və konstitusiyanın bərpası uğrunda mübarizə aparan siyasi hərəkat.

1899-cu ildə “İttihad və Tərəqqi” partiyasının əsasını qoymuş G.T. 1908-ci ildə inqilab edərək son nəticədə sultan Əbdül Həmidi deviriblər və faktik olaraq hakimiyyətə gəliblər. Onlar ölkədə bir sıra köklü islahatlar həyata keçiriblər, lakin Osmanlı dövlətinin I Dünya müharibəsində məğlubiyyətindən sonra hakimiyyətdən getməli olublar. Atatürk G.T.-ə qarşı sərt mövqedə dayansa da, onların məqsədləri xeyli dərəcədə üst-üstə düşüb. Bu səbəbdən G.T. hərəkatının bir çox üzvləri Atatürkün yaratdığı Xalq Cümhuriyyət Partiyasına dəstək veriblər. Geniş mənada: Osmanlı dövlətində mütərəqqi dəyişiklik tərəfdarlarının hamısı G.T. adlandırılır.

Tarix terminləri lüğəti