lat. generalis – ümumi, başlıca
Əksər dünya ölkələrinin silahlı qüvvələrində ali zabit heyəti üzvlərinə verilən hərbi rütbə.
İlk dəfə Fransada digər rütbələrə əlavə kimi (kapitan-general, polkovnik-general) işlənməyə başlanıb, XVI əsrdə isə xüsusi hərbi rütbəyə çevrilib və XVII əsrin əvvəlində Fransadan Almaniya, Avstriyaya, oradan digər ölkələrə yayılıb. Bəzi monarx və cəngavər ordenlərinin başçıları da G. adlandırılıb. Hazırda G. rütbəsi dünya dövlətlərinin ordularının, demək olar ki, hamısında var. Azərbaycan ordusunun quru qoşunlarında və hərbi-hava qüvvələrində general-mayor, general-leytenant və general-polkovnik ali hərbi rütbələr sayılır.
Həmçinin bax:
Tarix terminləri lüğəti