aram. gezit, ərəb sözü “cizyə” buradan yaranıb
Sasanilər dövləti ərazisində, o cümlədən Azərbaycanda III əsr–VII əsrin ortalarında toplanan adambaşı vergi.
Bu vergi ildə bir dəfə 20-50 yaşlı kişilərdən (kəndli, sənətkar və tacirlərdən) hökmdarın xeyrinə pulla toplanıb. I Xosrov Ənuşirəvanın dövründə (531–579) G. vergi verənlərin varidatına və gəlirinə əsasən 4, 6, 8 və ya 12 dirhəm məbləğində müəyyənləşdirilib. İmtiyazlı təbəqələr – kahinlər, hərbçilər və mirzələr G.-dən azad ediliblər. Müharibə zamanı məğlub ölkənin verdiyi xərac da çox vaxt G. adlanıb.
Həmçinin bax:
Tarix terminləri lüğəti