Reklam
Reklam

Tarix terminləri lüğəti

gezlər

holl. geuzen, fr. dueux – dilənçilər

1. 1565-ci ildə Niderland burjua inqilabı dövründə ölkənin müstəqilliyini ispan təcavüzündən “qanuni üsullarla” qorumaq məqsədilə yaradılmış Əyanlar İttifaqının üzvləri.

2. XVI əsrdə Niderland burjua inqilabı dövründə ispanlar və onların Niderlanddakı əlaltılarına qarşı mübarizə aparan xalq partizan dəstələrinin döyüşçüləri.

Bu dəstələrin quruda vuruşan üzvlərinə «meşə G.-i», dənizdə döyüşən üzvlərinə «dəniz G.-i» deyirdilər.

Tarix terminləri lüğəti