XIII–XIV əsrlərdə gildiyaların yaratdıqları ibtidai məktəblər.
Tədrisin, əsasən, latın dilində aparıldığı kilsə məktəbləri ilə müqayisədə belə təhsil ocaqlarında ana dili və hesab fənninin öyrədilməsinə daha çox fikir verilib. G.M.-ndə təhsil pullu olub və burada imtiyazlı ailələrin uşaqları oxuyub. XV–XVI əsrlərdə gildiyaların tənəzzülü ilə əlaqədar G.M. şəhər idarələrinin tabeliyinə keçib.
Tarix terminləri lüğəti