Reklam
Reklam

Tarix terminləri lüğəti

gimnaziya

yun. gymnasion – gimnastik hərəkətlər üçün zal, idman zalı

Orta ümumtəhsil məktəbi.

İlk G. Almaniyada 1538-ci ildə yaranıb, sonra isə bütün Avropa ölkələrində geniş yayılıb. Klassik G.-larda yunan və latın dillərinin tədrisinə xüsusi fikir verilib. Çar Rusiyası dövründə Azərbaycanda iki (Bakıda və Gəncədə) klassik G. fəaliyyət göstərib, lakin 1920-ci ildə bolşevik işğalından sonra onların fəaliyyəti dayandırılıb. SSRİ-nin süqutundan sonra Azərbaycanda G.-lar yenidən bərpa olunub.

Həmçinin bax:

Tarix terminləri lüğəti