Reklam
Reklam

Tarix terminləri lüğəti

hayduklar

mac. hajduk – hərfi mənası: təqib edən

Balkanlar və Macarıstanda XV–XIX əsrlərdə Osmanlı hökmranlığına və osmanlılarla əməkdaşlıq edən yerli feodallara qarşı vuruşan silahlı dəstələrin üzvləri.

H. bir çox hallarda qarətçiliklə də məşğul olublar. 1804–1813-cü illərdə onlar I Serbiya üsyanında iştirak ediblər, 1877–1878-ci illər Rusiya-Türkiyə müharibəsində isə rusların tərəfində Bolqarıstanın müstəqilliyi uğrunda vuruşublar. Bəzi tədqiqatçıların fikrincə, H. termini türkcə “quldur”, “qarətçi” anlamını verən “haydut” sözündən yaranıb.

Tarix terminləri lüğəti