Reklam
Reklam

Tarix terminləri lüğəti

hərbi doktrina

Dövlətin siyasi rəhbərliyi tərəfindən hazırlanmış, hərbi quruculuğun istiqamətini, ölkənin və onun silahlı qüvvələrinin mümkün müharibəyə hazırlığını, müharibənin aparılması üsullarını müəyyən edən rəsmi müddəalar sistemi.

Bu müddəalar yeni elmi-texniki nailiyyətlər nəzərə alınmaqla dövlətin siyasətinə, onun inkişaf səviyyəsinə, habelə gözlənilən müharibənin xarakterinə uyğun olaraq formalaşdırılır və dəyişdirilir. H.D.-da həmçinin ölkə üçün mümkün təhlükənin əsas istiqamətləri öz əksini tapır.

Tarix terminləri lüğəti