1. Materiyanın hərəkətinin müəyyən inkişaf mərhələsində əmələ gələn xüsusi forması; varlıq, dirilik. □ Yerdə həyatın əmələ gəlməsi.
2. Canlı vücudun törədiyi andan yox olana qədərki dövr (bütöv dövr və ya onun bir hissəsi); ömür. □ Həyat beşiklə məzar arasında sınaq müddətidir.
3. İnsanın keçirdiyi ömür və gördüyü işlər; tərcümeyi-hal. □ Öz həyatından danışmaq.
4. Bir adamın müəyyən yerdə yaşadığı dövr. □ M.Ə.Rəsulzadənin Türkiyə həyatı.
5. Məişət, yaşayış qaydası. □ Şəhər həyatı. Avropa həyat tərzi.
6. Dolanacaq, yaşayış tərzi. □ Tüfeyli həyat.
7. Dirilik, canlılıq. □ Həyat əsəri yoxdur.
8. Məcazi mənada: canlanma, dirçəlmə, hərəkət, qaynaşma, qızğın fəaliyyət. □ Şəhərdə həyat qaynayır.
9. Məcazi mənada: insanda cismani və mənəvi qüvvələrin təzahürü. □ Onun hərəkət və sözlərində coşqun həyat duyulur.
10. Hər hansı bir sahədə yaşayış və inkişafı səciyyələndirən hadisələrin məcmusu. □ Ölkənin təsərrüfat həyatı.
11. Bizi əhatə edən real varlıq. □ Elmin həyatla əlaqəsi.
Həmçinin bax: