Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

hiqrometr

Rütubətölçən cihaz.

H.-in iki növü olur: kondensasiyalı metal H. və tük H.-i. Kondensasiyalı H. havanın bilavasitə şeh nöqtəsini təyin etməyə imkan verir, bir üzü cilalanmış, içərisinə termometr və efir doldurmaq üçün rezin kürəcik yerləşdirilmiş metal qutudan ibarətdir. Tük H.-inin işi insan tükünün rütubətdən asılı olaraq uzanması prinsipinə əsaslanıb; şkalanın üzərindəki əqrəb havanın nisbi rütubətlilik dərəcəsini göstərir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti