ing. homestead – fermer sahəsi, malikanə
ABŞ-da vətəndaş müharibəsi (1861–1865) dönəmində xalq kütlələrinin təzyiqi altında A.Linkoln hökumətinin qəbul etdiyi torpaq payı barədə qanun.
1862-ci ilin mayında çıxarılaraq 1863-cü il yanvarın 1-dən qüvvəyə minən bu qanuna əsasən, 21 yaşına çatmış və Şimala qarşı döyüşməmiş hər bir ABŞ vətəndaşına federal fonddan 160 akradək (65 ha) torpaq götürmək hüququ verilir. Vətəndaş həmin torpaqda azı 5 il yaşadıqda sahə onun xüsusi mülkiyyətinə keçir. H.A. müharibənin gedişində şimallıların xeyrinə böyük dönüş yaradıb və kapitalizmin Amerika inkişaf yolunun ən səciyyəvi cəhətlərindən olan fermer təsərrüfatlarının qələbəsində mühüm rol oynayıb.
Tarix terminləri lüğəti