ər. – sitayiş, pərəstiş
İslamda bütün dini ayin və mərasimlərə, Allahın buyurduqlarına əməl olunması.
Allaha pərəstişin “zahiri” formalarını əhatə edən «ilm əl-ibadət» (dini ayinlər haqqında elm) müsəlman hüququnun beş əsas tərkib hissəsindən biri sayılır. Bu, şəriətdə də öz əksini tapıb. İ. – təmizlənmə (təharət), namaz, yoxsulların xeyrinə ödənilən zəkat (əmlak vergisi), oruc, həcc və cihadı hər müsəlman üçün yerinə yetirilməsi zəruri əməl sayır. Nəzəri baxımdan İ.-in tələbləri şiələr və sünnilər üçün eynidir, lakin gerçəklikdə onlar fərqlənir.
Tarix terminləri lüğəti