yun. diábolos – iftiraçı, şeytan mənası verən sözün ərəbcə qarşılığı
İslam dinində Allahın düşməninə çevrilmiş, dindarları düz yoldan azdıran mələyin adı.
İ.-ə həm də “şeytan” deyilir. Rəvayətə görə, mələklər arasında yalnız o, ilk insana – Adəmə təzim etmək barədə Allahın əmrindən çıxıb və bu səbəbdən göylərdən qovularaq cəhənnəm əzabına düçar edilib. Lakin İ.-in xahişi ilə Allah cəzanın yerinə yetirilməsını məhşər (qiyamət) gününədək təxirə salıb. Adəm və Həvvanın cənnətdən qovulmasına da məhz həmin mələk səbəb olub. İ. daim insanlardan qisas alacağına, onları düz yoldan sapındıracağına and içib.
Tarix terminləri lüğəti