1. Cəmiyyət üçün müəyyən dəyər daşıma; ictimai məzmuna, mahiyyət və mənaya malik olma.
Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarına görə, material İ.Ə. kateqoriyasına üç halda aid edilir: sağlamlıq və təhlükəsizliyin qorunması ilə əlaqədardırsa; ictimaiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiəsi üçün zəruridirsə və ictimaiyyətin əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsinin qarşısını alırsa. İ.Ə.-li informasiyanın əldə edilməsi üçün digər imkanlar mövcud olmadıqda xüsusi avadanlıqlardan istifadə mümkün sayılır.
2. Hər hansı hadisənin gərginliyini yaşayan insanların həmin hadisəyə, yaxud fakta ümumi dəyərlər baxımından verdikləri əhəmiyyət, qiymət.
Etnik, dini ayrı-seçkiliyə məruz qalmış adam bu faktı aid olduğu sosial qrupun ortaq dəyərlərindən çıxış edərək qavrayır və s.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti