Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ictimai əhəmiyyət

1. Cəmiyyət üçün müəyyən dəyər daşıma; ictimai məzmuna, mahiyyət və mənaya malik olma.

Azər­baycan jurnalistlərinin peşə davranışı qay­dalarına görə, material İ.Ə. kateqoriyasına üç halda aid edilir: sağlamlıq və təhlü­kə­sizliyin qorunması ilə əlaqədardırsa; ic­ti­maiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiəsi üçün ­zə­ruridirsə və ictimaiyyətin əhəmiyyətli ­də­­rəcədə yanlış istiqamətləndirilməsinin qarşısını alırsa. İ.Ə.-li informasiyanın əldə edilməsi üçün digər imkanlar mövcud ol­ma­­dıqda xüsusi avadanlıqlardan istifadə mümkün sayılır.

2. Hər hansı hadisənin ­gər­­ginliyini yaşayan insanların həmin ­ha­­­­­di­səyə, yaxud fakta ümumi dəyərlər ba­xı­mından verdikləri əhəmiyyət, qiy­mət.

Etnik, dini ayrı-seçkiliyə məruz qal­mış adam bu faktı aid olduğu sosial qrupun ortaq dəyər­lə­rindən çıxış edərək qavrayır və s.

See also:

Jurnalistika terminləri lüğəti