Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

intervüyer

ing. interviewer – müsahibə aparan

1. Müsahibə götürən, məlumat toplamaq üçün həmsöhbətinə suallar ve­rən mütəxəssis, jurnalist.

2. Radio və televiziyada geniş müsahibələrdən ibarət ve­­­­ri­­lişlərin aparıcısı, bu sahədə ixti­sas­laş­mış peşəkar jurnalist.

Belə verilişlər aktual mövzulara, yaxud auditoriyanın maraq da­irəsində olan şəxslərə həsr edilir. İnfor­masiyanın toplanması prosesində tez-tez qısa müsahibələr götürən digər həm­kar­larından, məsələn, reportyorlardan fərqli olaraq İ. hər müsahiblə görüşə xüsusi ha­zırlıq görür, söhbət zamanı psixoloji mə­qamlara diqqət yetirməyi, mövzunun də­rinliklərinə nüfuz etməyi bacarır. İ.-in professionallığı, erudisiyası və aparıcılıq qabiliyyəti portret-müsahibələrdə daha qa­barıq üzə çıxır.

Jurnalistika terminləri lüğəti