ing. interviewer – müsahibə aparan
1. Müsahibə götürən, məlumat toplamaq üçün həmsöhbətinə suallar verən mütəxəssis, jurnalist.
2. Radio və televiziyada geniş müsahibələrdən ibarət verilişlərin aparıcısı, bu sahədə ixtisaslaşmış peşəkar jurnalist.
Belə verilişlər aktual mövzulara, yaxud auditoriyanın maraq dairəsində olan şəxslərə həsr edilir. İnformasiyanın toplanması prosesində tez-tez qısa müsahibələr götürən digər həmkarlarından, məsələn, reportyorlardan fərqli olaraq İ. hər müsahiblə görüşə xüsusi hazırlıq görür, söhbət zamanı psixoloji məqamlara diqqət yetirməyi, mövzunun dərinliklərinə nüfuz etməyi bacarır. İ.-in professionallığı, erudisiyası və aparıcılıq qabiliyyəti portret-müsahibələrdə daha qabarıq üzə çıxır.
Jurnalistika terminləri lüğəti