Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ixtisaslaşma

1. İxtisas qazanma, ixtisasa yiyələnmə.

2. Kütləvi informasiya vasitə­sinin konkret bir sahəyə, peşəyə, mövzuya marağı, yaxud demoqrafik göstəriciləri ilə seçilən əhali qrupunu daimi hədəf audi­toriyası seçməsi.

Bu heç də həmişə audi­toriyanın darlığı, məhdudluğu anla­mı­na gəlmir; məsələn, arıçılıqla məşğul olanlar üçün jurnala böyük şəhərdə abunəçi tapmaq çox çətindirsə, mobil rabitə sa­həsində yeniliklər üzrə ixtisaslaşmış saytın potensial auditoriyası internet istifadə­çilərinin sayı qədərdir.

3. Jurnalistin kon­kret bir sa­hədə xüsusi bilik və ba­ca­rıqlara yiyə­lə­nərək, əsasən, bu sahəyə aid ha­di­sələri, prosesləri işıqlandırması.

İ. mate­ria­lın keyfiyyətinin yüksəldilməsini təmin edir və analitik janrlarda çıxış edən media əmək­daşları üçün xüsusilə vacibdir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti