1. İxtisas qazanma, ixtisasa yiyələnmə.
2. Kütləvi informasiya vasitəsinin konkret bir sahəyə, peşəyə, mövzuya marağı, yaxud demoqrafik göstəriciləri ilə seçilən əhali qrupunu daimi hədəf auditoriyası seçməsi.
Bu heç də həmişə auditoriyanın darlığı, məhdudluğu anlamına gəlmir; məsələn, arıçılıqla məşğul olanlar üçün jurnala böyük şəhərdə abunəçi tapmaq çox çətindirsə, mobil rabitə sahəsində yeniliklər üzrə ixtisaslaşmış saytın potensial auditoriyası internet istifadəçilərinin sayı qədərdir.
3. Jurnalistin konkret bir sahədə xüsusi bilik və bacarıqlara yiyələnərək, əsasən, bu sahəyə aid hadisələri, prosesləri işıqlandırması.
İ. materialın keyfiyyətinin yüksəldilməsini təmin edir və analitik janrlarda çıxış edən media əməkdaşları üçün xüsusilə vacibdir.
See also:
Jurnalistika terminləri lüğəti