yun. katharos – təmiz
XI–XIII əsrlərdə Qərbi Avropada geniş yayılmış bidətçi xristian sektasının tərəfdarları.
Bu sekta daha çox İtaliya, Flandriya və Fransada yayılıb. K.-ın ehkamları dualist xarakter daşıyıb və iki başlanğıcın – xeyirlə şərin qarşıdurmasına əsaslanıb. K. maddi dünyanı şər qüvvə sayıblar. Onlar ifrat asketizmi təbliğ ediblər, kilsə ayinlərinə, habelə müqəddəslərə sitayişə qarşı çıxıblar, kilsə torpaq mülkiyyətinin ləğv olunmasını istəyiblər. İnkvizisiya tərəfindən terror və amansız təqiblər nəticəsində XIII əsrin sonu – XIV əsrin əvvəlində sektanın fəaliyyətinə birdəfəlik son qoyulub.
Tarix terminləri lüğəti