Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

kaustobiolitlər

yun. kaustos – yanar + yun. bios – həyat + yun. lithos – daş

Üzvi mənşəli yanar qazıntılar.

Bitki, nadir hallarda heyvan orqanizmi qalıqlarının geoloji-geokimyəvi amillərin təsiri ilə dəyişməsindən əmələ gəlir. “K.” terminini ilk dəfə 1888-ci ildə alman alimi Q.Potonye təklif etmişdir. Q.Potonye neft və təbii yanar qazları da K.-ə aid etmişdir.

Coğrafiya terminləri lüğəti