fars. kəc – əyri, əyilmiş
Yaxın Şərqin bir sıra ölkələrində mövcud olmuş minik vasitəsi.
Üç tərəfi və üstü bağlı, bir tərəfi isə pərdə ilə örtülü olan bu minik vasitəsi, əsasən, dəvə (bəzən fil, at və ya qatır) belinə qoyulub. Həmçinin 4 adamın (əsasən, qulların) çiynində aparılan K. növü də olub. K.-dən uzaq yola çıxarkən qadın və uşaqların əyləşdirilməsi üçün, həmçinin gəlin aparılarkən istifadə edilib.
Tarix terminləri lüğəti