Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

Kelvin şkalası

lord Kelvin tituluna malik ingilis fiziki Uilyam Tomsonun şərəfinə verilmiş ad

Termodinamik temperaturu ölçmək üçün şkala.

Kelvin Beynəlxalq Vahidlər Sistemində termodinamik temperaturun ölçü vahididir və K kimi işarələnir. 1848-ci ildə ingilis fiziki Uilyam Tomson temperaturun yeni ölçü sistemini yaratmaq zərurətini ortaya qoydu. Faktiki olaraq, o, Selsi şkalasını sıfırdan (buzun ərimə nöqtəsi) deyil, mütləq sıfırdan, yəni əşyanın mümkün olan ən minimal temperaturundan (-273.15 °C) başlamağı təklif etdi. Beləliklə, K.Ş.-nda sıfır Selsi şkalasında -273.15 dərəcəyə uyğun gəlir. Müvafiq olaraq, Kelvindən Selsiyə keçmək üçün °C = K – 273.15; Farenheytə keçmək üçün °F = K x 9/5 – 459.67 düsturundan istifadə etmək lazımdır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti