Reklam
Reklam

Tarix terminləri lüğəti

kilim

türk. kilim, fars. gelīm – kobud üsulla toxunmuş örtük, palaz

Xovsuz xalça növü.

K. hər iki üzünə salınaraq istifadə edilə bilər. Bu xalça növü Azərbaycanda qədim dövrlərdən məlumdur və Qafqaz, Orta Asiya, Türkiyə, İran, Misirlə yanaşı, bir sıra Avropa ölkələrində də (Ukrayna, Bolqarıstan, Moldova, Polşa) geniş yayılıb. Əksər Avropa alimləri K.-in də bütün xalça məmulatları kimi vətənini qədim İran hesab edirlər, lakin bu gün elmə məlum olan ən qədim K. türk tayfalarına aid olub. O, Altaydakı Pazırık kurqanlarında (e.ə. V əsr) aşkarlanıb. Azərbaycanda toxunan K.-lər 5 qrupa bölünür: Abşeron, Şirvan, Muğan, Qarabağ və Qazax. Bu K.-lər kompozisiya, naxış və rəng koloritinə görə fərqlənir: məs.: Abşeron K.-ləri incə toxunuşlu olub plastik formalı elementlərlə bəzədildiyi halda, Şirvan və Muğan K.-lərində göl elementlərindən geniş istifadə edilir. Qazax və Qarabağ K.-ləri isə iri ölçüləri, nəbati elementləri və şux rəngləri ilə seçilir.

Tarix terminləri lüğəti