Ağac gövdəsindən yonulmuş təknəvarı su nəqliyyat vasitəsi, ibtidai qayıq.
K.-ı kəsilmiş iri ağac gövdəsinin bir tərəfini yandırmaq, sonra həmin yeri balta, kərki və s. alətlərlə yonub dərinləşdirmək, alt hissəsini isə hamarlamaqla düzəldiblər. Çəp və avarla hərəkətə gətirilən K., adətən, 2-4 adamlıq olub. Azərbaycanda eni 70-80 sm, hündürlüyü 26-30 sm-ə çatan, yonma üsulu ilə hazırlanmış K.-lardan daha çox istifadə edilib. Onların ən böyüyünün uzunluğu 7-8 m, ən kiçiyinin uzunluğu 3-4 m olub. Belə ibtidai qayıqlarda, əsasən, Kür çayının aşağı axarında bir sahildən digərinə insan, yük, heyvan keçirilib.
Tarix terminləri lüğəti