Reklam
Reklam

Tarix terminləri lüğəti

kompradorlar

isp. comprador – alıcı

Asiya və Afrikanın yarımmüstəmləkə və müstəmləkə ölkələrində formalaşmış, xarici şirkətlərlə daxili bazar arasında vasitəçilik edən yerli burjuaziya nümayəndələri.

K. və onların təşkilatları xaricilərin yerli əhali ilə birbaşa ticarət əlaqələrinin yasaqlandığı və ya xeyli məhdudlaşdırıldığı mühitdə yaranıb. XIX əsrdə, xüsusilə XX əsrdə milli azadlıq hərəkatına qarşı mübarizədə müstəmləkəçilərə dəstək verən bütün yerli burjuaziya nümayəndələrini K. adlandırmağa başlayıblar. Bu baxımdan müstəmləkəçilik əleyhinə mübarizədən imtina K.-ın əsas xüsusiyyətlərindən sayılır.

Tarix terminləri lüğəti