Reklam
Reklam

İbtidai siniflər üçün terminlər lüğəti

kontekst

Mətndə hər hansı bir söz və ya ifadənin mənasını dəqiqləşdirmək imkanı verən bitmiş bir hissə.

Kontekst qismində bir və ya bir neçə cümlə çıxış edə bilər; məsələn, aşağıdakı cümlələrdən «qol» sözünün hansı mənada işləndiyini müəyyən etmək mümkündür:

1) Azarkeşlər hücumçunun qolunu ayaq üstə alqışladılar.

2) Çayın bir qolu da kəndimizin yaxınlığından axır.

3) Müdir müqaviləni diqqətlə oxuyub qol çəkdi.

İbtidai siniflər üçün terminlər lüğəti