lat. correlatio – nisbət
Uyğun çöküntülərin eyniyaşlı olmasını aydınlaşdırmaq məqsədilə yaxın və ya bir-birindən aralı ərazilərin kəsilişindəki süxur laylarının müqayisəsi.
K. nəticəsində stratiqrafik sxem tərtib edilir: sol hissədə vahid stratiqrafik şkala bölgüsü, sağ hissədə isə çöküntülərin stratiqrafik sxemi göstərilir.
Coğrafiya terminləri lüğəti