Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

kraton

yun. kratos – güc, qala

Yer qabığının Alp qırışıqlığının dəyişdirməyə qadir olmadığı bərk sahələri.

Əsasən, iki növ olur: az qalınlıqlı sial təbəqəsi ilə xarakterizə olunan enmiş K. (okean platformaları) və qalın sial təbəqəli qalxmış K. (kontinental platformalar). “K.” terminini 1940-cı ildə alman geoloqu H.Ştille Avstriya geoloqu L.Koberin “kratogen” termininin əvəzinə işlətmişdir.

Coğrafiya terminləri lüğəti