Krit adası və Yunanıstanın materik hissəsində aşkar edilmiş klassik yunan mədəniyyətindən öncəki dövrə aid yazı növlərinin ümumiləşdirici adı.
K.Y. üç inkişaf mərhələsi keçib: rəsmli və ya heroqlif yazısı (e.ə. II minilliyin I yarısı); A xətti yazısı (e.ə. XVIII–XV əsrlər); B xətti yazısı (e.ə. XV–XIV əsrlər). B xətti yazısı istisna olmaqla hələlik K.Y. oxunmayıb. Sonralar onun əsasında Kipr yazısı yaranıb.
Tarix terminləri lüğəti