Montaj prosesində hər sonrakı kadrın özündən əvvəlki kadrın mənasını tamamilə dəyişə biləcəyini sübut edən eksperiment.
Eksperiment 1929-cu ildə məşhur rus rejissoru Lev Kuleşov tərəfindən keçirilib və təsvir olunub. Kuleşov əyani şəkildə göstərib ki, kadrda dərin xəyala dalmış kişi sifəti ondan sonra ekrana buğlanan şorba kasası, uşaq tabutu, yaxud divanda uzanmış qadın təsviri gəlməsindən asılı olaraq tamamilə fərqli mənalar ifadə edir. Bu eksperiment kinoda və televiziyada montajın nə dərəcədə mühüm rol oynadığını nümayiş etdirir.
Jurnalistika terminləri lüğəti