Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

Kuleşov effekti

Montaj prosesində hər sonrakı kadrın özün­dən əvvəlki kadrın mə­nasını tamamilə ­də­yişə biləcəyini sübut edən eksperi­ment.

Eksperiment 1929-cu ildə məş­hur rus rejissoru Lev Kuleşov tərəfindən keçirilib və təsvir olunub. Ku­leşov əyani şəkildə göstərib ki, kadrda dərin xəyala dalmış kişi sifəti ondan sonra ekrana buğ­lanan şorba kasası, uşaq ta­butu, yaxud divanda uzanmış qadın təsviri gəlməsindən asılı olaraq tamamilə fərqli mənalar ifadə edir. Bu eksperiment kinoda və televiziyada montajın nə dərəcədə mü­hüm rol oyna­dığını nümayiş etdirir.   

Jurnalistika terminləri lüğəti