fr. coupon < couper – kəsmək
Hər hansı məhsulun əldə edilməsi, xidmətdən istifadə olunması üçün üstünlük hüququ, yaxud uduşlu oyunda iştirak imkanı verən sənəd.
Çap KİV satışı stimullaşdırmaq üçün K.-lardan istifadə edir. Qəzetdən, jurnaldan kəsib götürdüyü K.-u (K.-ları) redaksiyaya təhvil verən oxucu müxtəlif mükafatlar (məs.: 1 illik pulsuz abunə) alır və ya lotereya oyununda iştirak hüququ qazanır.
Jurnalistika terminləri lüğəti