Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

kupon

fr. coupon < couper – kəsmək

Hər hansı məhsulun əldə edilməsi, xidmətdən istifadə olunması üçün üstünlük hüququ, yaxud uduşlu oyunda iştirak imkanı verən sənəd.

Çap KİV satışı stimullaşdırmaq üçün K.-lardan istifadə edir. Qəzetdən, ­jur­naldan kəsib götürdüyü K.-u (K.-ları) ­re­daksiyaya təhvil verən oxucu müxtəlif mü­kafatlar (məs.: 1 illik pulsuz abu­nə) alır və ya lotereya oyununda iştirak hüqu­qu ­qa­zanır.

Jurnalistika terminləri lüğəti