Reklam
Reklam

Tarix terminləri lüğəti

kus

fars. – təbil

Orta əsrlərdə Azərbaycanda geniş yayılmış zərb musiqi aləti.

Bu alət iri qazan şəklində misdən və ya tuncdan hazırlanıb. Onun üz tərəfinə əksər hallarda canavar dərisi çəkilib. K. iki ağac toxmaq, yaxud dəri qamçı ilə vurularkən güclü səs çıxarıb. “Kitabi-Dədə Qorqud”da, Nizami və Füzulinin əsərlərində adı çəkilən K.-dan hərbi yürüşlərdə istifadə olunub. Azərbaycanın bəzi bölgələrində müasir dövrdə də iriölçülü nağaralar K., yaxud «kos» adlanır.

Tarix terminləri lüğəti