Troposferin üst qatında nazik, ağ örtük formasında buz kristallarından ibarət buludlar.
Bəzən güclə gözə görünür, yalnız göy üzünə ağımtıl çalar verir, bəzən isə uzun sap topasına oxşayır. L.-L.B. geniş hava təbəqələri çoxsəviyyəli konvergensiya nəticəsində yuxarı qalxdıqda 6000-8000 metrdən yüksəklikdə yaranır. İşıq buz kristallarından keçərək sındıqda Günəşin, yaxud Ayın ətrafında parlaq ağ dairələr formalaşdırır. Elmi ədəbiyyatda L.-L.B.-ı “cirrostratus” (Cs) (latın dilindən tərcümədə: qıvrım + səpələnmiş) adlandırırlar.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti