Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

lobbi müxbiri

1. Böyük Britaniyada və digər ingilisdilli ölkələrdə parlament müx­birlərinin ümumi adı.

Müxbirlər, adətən, parlamentin lobbisində (dəhlizində) dəstə ilə toplaşaraq zala girən deputatları qarşı­ladıqları, yaxud onların zaldan çıxmasını gözlədikləri üçün belə adlandırılıblar. 

2. Böyük Britaniyada parlament müx­bir­lərinin xüsusi imtiyazlara malik həm­karlarına ver­dikləri ad.

L.M. təmsil etdiyi kütləvi informasiya vasitəsinin nüfuzundan, yaxud şəxsi münasibətlərindən istifa­də edərək parlamentin yalnız deputatlar üçün açıq olan otaqlarına, kabinetlərə da­xil ola, eksklüziv müsahibələr götürə bilir.

3. Böyük Britaniyada baş nazirin, na­zirlərin mətbuat katiblərinin daim bri­finq­lərə çağırdıqları və «mətbuat üçün olmayan informasiyaları» etibar etdikləri jur­n­a­listlərə verilmiş ümu­mi ad.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti