ing. lock out – qapını kiminsə üzünə bağlamaq, içəri buraxmamaq
Müəssisənin fəaliyyətinin sahibkar tərəfindən müvəqqəti dayandırılması.
Bu zaman fəhlələrə əməkhaqqı verilmədiyi üçün L. sahibkarın işçilərə təzyiq vasitəsi hesab olunur. L. tətilin bir növü növü sayılır, lakin onu işçilər deyil, sahibkar özü həyata keçirir. L.-un ən ifrat forması sahibkarın təşəbbüsü ilə müəssisə, nümayəndəlik və ya filialın ləğv edilməsi, əməkdaşların isə kütləvi şəkildə işdən qovulması hesab olunur.
Tarix terminləri lüğəti