Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

mah fars

Ay; gözəlin surətinə, qaşlarına işarə kimi də işlənir.

Sərim qurban olsun beylə naqqaşa,

Gətirdin dəstimi damana, Gülgəz!

Ağ üzdə xallara, mah qələm qaşa,

Əbrulərin bənzər kamana, Gülgəz!

                                                      (“Abbas”)

                             *

Süzüb gedən mah camallım,

Sənə qurban dövlət, malım.

Qız, incimə, qadan alım,

Qayıt bəri, qayıt bəri.

           (“Fərhad və Şirin”)

Azərbaycan dastanlarının leksikası