Reklam
Reklam

Tarix terminləri lüğəti

makiavellizm

Qarşıya qoyulan məqsədlər naminə bütün mənəvi normaları kənara ataraq hər cür vasitədən istifadəni mümkün və ədalətli hesab edən siyasət.

Termin italyan mütəfəkkiri N.Makiavellinin (1469–1527) adından yaranıb. N.Makiavelli, həqiqətən, bu fikirdə olub ki, öz dövlətinin üstünlüyünü (xüsusilə beynəlxalq, dövlətlərarası münasibətlərdə) təmin etmək naminə hər bir dövlət və ya hökmdar istənilən vasitəyə əl ata bilər. Lakin siyasətin hər cür əxlaq və mənəvi dəyərdən məhrum olması fikri heç də N.Makiavellinin kəşfi deyil, real siyasi praktikadan irəli gəlir.

Tarix terminləri lüğəti