ər. – hərfi mənası: silah üçün mal, pul
Orta əsrlərdə bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda vergi növü.
Bu vergi müharibələr üçün silah əldə etmək məqsədilə dövlətin xeyrinə toplanıb, həcmi qeyri-müəyyən olub. M.Ə.-S. monqol istilaları dövründə ən ağır mükəlləfiyyətlərdən biri sayılıb, Azərbaycanda xanlıqlar dövrünədək onun toplanması davam edib.
Tarix terminləri lüğəti