lat. mandatum – tapşırıq
1. Səlahiyyət, tapşırıq.
2. Hər hansı fiziki, yaxud hüquqi şəxsin səlahiyyətini təsdiq edən sənəd; məs.: deputat M.-ı.
M. termini Roma hüququnda tapşırıq müqaviləsini ehtiva edən söz kimi yaradılıb. Millətlər Cəmiyyətinin (1920–1946) mövcudluğunun ilk illərində keçmiş Osmanlı imperiyası ərazisinin bir hissəsini, eləcə də Almaniya müstəmləkələrini idarə etmək üçün bu qurumun adından ayrı-ayrı dövlətlərə verilmiş səlahiyyət də M. adlanıb.
Həmçinin bax:
Tarix terminləri lüğəti