Reklam
Reklam

Tarix terminləri lüğəti

markomanlar

lat. marcomanni – hərfi mənası: ucqarların, kənarların sakinləri

Qədim german tayfası.

M. e.ə. I minilliyin II yarısında indiki Saksoniya və Türingiya ərazisində yaşayıblar, e.ə. II əsrin sonu – I əsrin əvvəlində Mayn çayının orta və yuxarı axarlarına doğru hərəkət ediblər. Şimali Almaniya romalılar tərəfindən tutulduqdan sonra (e.ə. 8-ci il) onlar indiki Çexiya ərazisində məskunlaşaraq Markoman-svev dövlətini yaradıblar. Eramızın I–II əsrlərində M. müntəzəm olaraq Roma imperiyasının Dunay sərhədlərinə yürüşlər ediblər. Bu isə Markoman müharibəsi (166–180) ilə nəticələnib. III əsrdə M. artıq Romanın özünə də təhlükə yaradıblar. IV əsrdən Xalqların böyük köçünə qoşulan M. V əsrdə Bavariyada məskunlaşıblar, burada bavarlarla qaynayıb-qarışıblar.

Tarix terminləri lüğəti