Reklam
Reklam

Tarix terminləri lüğəti

Marşall planı

ing. Marshall Plan, rəsmi adı – European Recovery Program, «Avropanın bərpası proqramı»

II Dünya müharibəsindən (1939–1945) sonra ABŞ-ın Avropaya iqtisadi yardım proqramı.

Bu proqram 1947-ci ildə ABŞ-ın dövlət katibi Corc Marşall tərəfindən irəli sürülüb, müharibə nəticəsində ciddi zərər çəkmiş Avropa iqtisadiyyatının bərpası və inkişafını nəzərdə tutub. SSRİ və onun təzyiqi ilə digər sosialist düşərgəsi ölkələri M.P.-ndan könüllü imtina edib. M.P.-nın reallaşmasına 1948-ci ilin aprelində başlanıb. 1948–1951-ci illərdə ABŞ həmin plan çərçivəsində Avropa ölkələrinə 17 mlrd. dollar həcmində yardım göstərib. M.P.-nın gerçəkləşməsi Avropa iqtisadiyyatında müharibənin nəticələrini aradan qaldırmağa, köhnə sənaye sahələrini modernləşdirməyə, siyasi sabitlik və dayanıqlı inkişafın qarantı olan orta təbəqəni yenidən dirçəltməyə, əhalinin həyat səviyyəsini yüksəltməyə kömək edib, Avropa ölkələrində yerli kommunistlərin və SSRİ-nin təsiri zəifləyib. 1951-ci ildə M.P.-nın icrası rəsmən dayandırılıb və o, “Təhlükəsizliyin qarşılıqlı təminatı” qanunu ilə əvəzlənib. Bu qanunda eyni zamanda həm iqtisadi, həm də hərbi yardımın göstərilməsi nəzərdə tutulub.

Tarix terminləri lüğəti