alm. mauser – alman silah ixtiraçıları olan Mauzer qardaşlarının adından
İlk ən güclü avtomat tapança növlərindən biri.
M. eyniadlı şirkət tərəfindən 1896-cı ildən istehsal olunmağa başlayıb, 1908-ci ildə təkmilləşdirilib. 7,63 mm kalibrli bu avtomat tapançadan Almaniya, Böyük Britaniya, Çexoslovakiya və bir sıra digər ölkələrin ordularında istifadə olunub. XX əsrin əvvəlindən həmin silah Rusiyaya da ixrac edilib, Rusiyada vətəndaş müharibəsi dövründə (1918–1920) geniş yayılıb. M.-in 6-10 patronluq sandıqçası, habelə 20 patronluq əlavə sandıqçası olub. O, 100 m-dək məsafədə hədəfi məhv edə bilib. 6,35 və 9 mm kalibrə malik M.-lər də istehsal edilib.
Tarix terminləri lüğəti