Reklam
Reklam

Tarix terminləri lüğəti

məclisi-məbusan

ər. məclis – yığıncaq + məbusan – millət vəkilləri

Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) ali qanunvericilik orqanı – parlamentinin rəsmi adı.

Qanuna əsasən, M.-M.-a 120 millət vəkilinin seçilməsi nəzərdə tutulub. Lakin ölkə müharibə vəziyyətində olduğu üçün millət vəkillərinin həqiqi sayı nisbətən az – 1919-cu ilin sonlarına yaxın 97 nəfər olub. M.-M.-da fraksiyalar yaradılıb: “Müsavat” və bitərəflər – 38 nəfər, “İttihad” – 13 nəfər, sosialistlər – 13 nəfər, “Əhrar” – 6 nəfər, “Daşnaksütyun” – 6 nəfər, ermənilər – 5 nəfər, partiyasızlar – 4 nəfər, milli azlıqlar – 4 nəfər, slavyan-rus cəmiyyəti – 4 nəfər, müstəqillər – 3 nəfər; bir nəfər isə sol müstəqilləri təmsil edib.

Tarix terminləri lüğəti