ər. – günbatan, qərb
Orta əsr ərəb müəllifləri tərəfindən Misirdən qərbdə yerləşən Şimali Afrika ölkələri – Tunis, Əlcəzair və Mərakeşin yerləşdiyi regiona verilmiş ad.
Liviya, Mavritaniya və Qərbi Saxara ilə birlikdə isə həmin regiona “Böyük M.” deyilib. Bəzən müsəlman İspaniyası (Əndəlüs), habelə Aralıq dənizinin qərbində keçmiş Ərəb xilafətinə aid ərazilər (Balear adaları, Sardiniya, Siciliya) də M. sayılıb. Orta əsr ərəb müəllifləri Ərəb Şərqi ölkələrini Ərəb Qərbindən fərqləndirmək üçün bu termindən istifadə ediblər.
Həmçinin bax:
Tarix terminləri lüğəti